Latviya Seymi Rusiya və Belarusdan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyulmasına baxacaq

  • By admin
  • 16 Yanvar 2024 13:05

Latviya Seymi (birpalatalı parlament) Rusiya  və Belarusdan Latviyaya kənd təsərrüfatı məhsullarının tədarükünü qadağan edən müxalifət Milli Assosiasiyasının qanun layihəsini parlament komissiyalarına təqdim edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Baltikyanı “Delfi” onlayn xəbərlər şəbəkəsi məlumat yayıb.

Milli Assosiasiya Rusiya taxılının və digər məhsullarının dövriyyəsini dayandırmaq və Latviya vasitəsilə Avropa İttifaqı (Aİ) bazarına çıxmasının qarşısını almaq üçün Rusiya və Belarusdan kənd təsərrüfatı və emal olunmuş kənd təsərrüfatı məhsullarının Latviyaya tədarükünü qadağan etməyi təklif edir.

Baş nazir Evika Silina bildirib ki, hökumət artıq bu məsələ ilə bağlı tədbir görüb.

Latviya hökumətinin başçısı xatırladıb ki, Latviyanın kənd təsərrüfatı naziri Armands Krause ötən ilin payızında Rusiya kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyulmasını müzakirə etməyi Avropa İttifaqına təklif edib.

Krause daha sonra qeyd edib ki, bu, qlobal ərzaq təhlükəsizliyinə mənfi təsir göstərməmək üçün Rusiya taxılının üçüncü ölkələrə tranzit imkanlarını məhdudlaşdırmaq demək deyil.

Baş nazir vurğulayıb ki, Baltikyanı ölkələrin ümumi mövqeyi vacibdir, çünki təkcə Latviya üçün Aİ səviyyəsində dəstək almaq çətindir.

Gununsesi.info