Latviya Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Avropa Parlamentinin deputatı Tatyana Jdanok və Rusiya kəşfiyyat xidmətləri arasında mümkün əməkdaşlıq haqqında məlumatları araşdıracaq.
Gununsesi.info xəbər verir ki, bu barədə “Delfi” onlayn portalı məlumat yayıb.
Dövlət Təhlükəsizliyi Xidməti xatırladıb ki, 2016-cı ilə qədər Latviyanın normativ-hüquqi bazası Latviya dövlətinə qarşı yönəlmiş fəaliyyətdə xarici dövlətə və ya xarici təşkilata yardıma görə cinayət məsuliyyətini nəzərdə tutmurdu, ona görə də 2005-ci ildən 2013-cü ilə qədər olan dövrlə bağlı KİV-də dərc olunan məlumatlara görə cinayət məsuliyyəti nəzərdə tutulmur.
Məlumata görə, baxmayaraq ki, Latviya kəşfiyyat xidmətinin məlumatına görə, bu cür fəaliyyətlər dövlət üçün təhlükə yaradırdı, o zaman belə fəaliyyətə görə cinayət məsuliyyətinə cəlb etmək mümkün deyildi.
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Jdanokun Rusiyanın geosiyasi maraqlarını dəstəkləyən fəaliyyətini asanlaşdıran mühüm amil onun Avropa Parlamentinin üzvü statusu və bu statusun verdiyi hüquqi toxunulmazlıq olub.
“Re:Baltica”, “The Insider”, “Delfi.ee” və “Expressen” saytlarının birgə araşdırmasına görə, Rusiya Fedral Təhlükəsizlik Xidməti Latviyadan olan Avropa Parlamentinin üzvü, Latviyanın Rusiya İttifaqı partiyasını təmsil edən Tatyana Jdanoku işə qəbul edib. Müstəntiqlər iddia edirlər ki, Jdanok ən azı 2004-cü ildən Rusiya Fedral Təhlükəsizlik Xidmətinin beşinci bölməsinin kuratorları ilə işləyib və onlardan tədbirlər keçirmək üçün pul istəyib.
Jdanok özü “kəşfiyyat xidmətləri ilə əməkdaşlıq etmədiyini” iddia edir.
Avropa Parlamenti bildirib ki, prezident Roberta Metsola Jdanoka qarşı ittihamları “çox ciddiyə alır” və məsələni Davranış Kodeksi Məsləhət Komitəsinə göndərir.
Gununsesi.info