Latviyanın “ManaBalss.lv” ictimai təşəbbüslər portalı Ottava Konvensiyasından çıxmaq üçün imza toplamağa başlayıb.
Gununsesi.info-nun xəbərinə görə, təşəbbüs nümayəndəsi Atis Stankeviçs istəyir ki, Latviya öz müdafiə strategiyasını real qiymətləndirsin və xüsusən də indiki təhdidli şəraitdə Ottava Konvensiyasına üzvlüyünün məqsədəuyğunluğuna yenidən baxsın. Onun fikrincə, bu, Latviyanın müdafiəsinin təmin edilməsində səmərəli və əsaslandırılmış addım olardı.
Stankeviçin fikrincə, konvensiyadan çıxmaq Latviya cəmiyyətində mümkün hücum zamanı Latviya sərhədinin qorunacağına inam verəcək.
“Beləliklə, Latviya cəmiyyətində təhlükəsizlik hissi yaranır ki, potensial təcavüzkarın hücumu zamanı Latviyanın sərhədi qeyd oluna bilər”, – deyə təşəbbüs nümayəndəsi qeyd edib.
O bildirib ki, imzaların toplanması uğurlu olarsa, Ottava Konvensiyasından çıxmaqla bağlı Latviya Respublikasının Seyminə səsvermə təşəbbüsü ilə çıxış edəcək.
Piyada əleyhinə minaların istifadəsi, saxlanması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv edilməsi haqqında Konvensiya (Ottava Konvensiyası) onu imzalayan ölkələrin “heç bir şəraitdə piyada əleyhinə minalardan istifadə etməməyi” öhdəsinə götürür. Latviya bu konvensiyaya 2005-ci ildə qoşulub.
Gununsesi.info