Latviyalılar 100 il ərzində məhv ola bilər

  • By admin
  • 16 May 2017 16:14

latviyaa

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Beynəlxalq Köç Təşkilatının Riqa ofisinin rəhbəri İlmars Mezs doğum və ölüm faizinin hazırkı səviyyədə qalacağı halda bir xalq olaraq latviyalıların məhv olma təhlükəsi ilə üz-üzə qaldığını açıqlayıb.

Latviya mətbuatına müsahibə verən Mezsin sözlərinə görə, son 5 il ərzində ölkə əhalisinin 5 faizini təşkil edən 92 min nəfər həyatını itirib. Əhalinin artım səviyyəsi isə ölüm səviyyəsindən dəfələrlə aşağıdır. Əgər ölüm faizinin bu cür davam edəcəyini nəzərə alsaq, deməli latviyalılar 100 il ərzində bir xalq kimi tarixdən silinə bilər.

İlmars Mezs bu vəziyyətin dəyişdirilə biləcəyini də vurğulayıb. Belə ki, onun sözlərinə görə, hər ailədə ən azı 2, yaxud 3 uşaq dünyaya gələrsə, xalqın məhv olma təhlükəsi tədricən aradan qalxa bilər.

Gununsesi.info