Latviyanın ədliyyə naziri Azərbaycana rəsmi səfərə gələcək

  • By admin
  • 17 Oktyabr 2017 19:09

a3e59552-2025-4663-9953-6afb071701de
Latviyanın ədliyyə naziri Dzintars Rasnaçs (Dzintars Rasnačs) Azərbaycana rəsmi səfər edəcək.
Bu barədə “Report”a diplomatik mənbələrdən bildiriblər.
Məlumatda latviyalı nazirin Bakıya bu gecə gələcəyi deyilir. Səfər çərçivəsində D.Rasnaçs azərbaycanlı həmkarı Fikrət Məmmədovla görüşəcək və ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edəcək.
Bundan əlavə, latviyalı nazir Azərbaycanın digər rəsmi şəxsləri ilə görüşlər keçirəcək.

Gununsesi.info