Latviyanın köklü əhalisi 23% azala bilər -Guardian

1991-ci ildən indiyədək Latviyanın köklü əhalisi 30% azalıb. 2050-ci ilədək isə daha 23,5% azala bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Guardian“ qəzeti ekspert rəylərinə əsasən xəbər yayıb.

HTML tutorial

 

Latviya hökumətinin demoqrafiya üzrə müşaviri İmants Paradnieks bildirib ki, bu, Latviya üçün mövcudluq məsələsidir. 2021-ci ildə ölənlərin sayı doğulanlardan 2 dəfə çox olub.

Qəzet yazır ki, Latviya hökuməti əhalıi artımını stimullaşdırmaq və xaricdə yaşayan latviyalıların geri qaytarılması planı üzərində işləyir.

Gununsesi.info