Latviyanın yeni Baş naziri o seçildi

  • By ilhame
  • 15 Sentyabr 2023 19:41

Latviya parlamenti Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə Latviyanın LSM portalı məlumat yayıb.

Latviya parlamentində yeni hökumətin təsdiqi keçmiş Baş nazir Krisjanis Karinsin kabinetini istefa verdiyini elan etdikdən bir ay sonra baş tutub.

Onun yeni hökumətdəki yerini “Yeni Birlik” partiyasındakı həmkarı, Daxili İşlər Nazirliyinin keçmiş parlament katibi Evika Silina tutub.

Gununsesi.info