Lavrov: “Moskva BMT-nin Qarabağdakı fəaliyyətlərə qoşulmasını gözləyir”

  • By admin
  • 17 Noyabr 2020 15:08

“Moskva ümid edir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin ardından BMT-nin qurumları da humanitar problemlərin həllinə qoşulacaq”.

“RİA Novosti” agentliyi xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov jurnalistlər qarşısında çıxış edərkən söyləyib.

“Mən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsini, Humanitar İşləri Koordinasiya Bürosunu nəzərdə tuturam. Dağlıq Qarabağda mədəni irsin qorunması məsələsi mövcuddur. Burada UNESCO öz rolunu oynaya bilər”, – deyə S.Lavrov qeyd edib.

Rusiyalı diplomat bildirib ki, BQXK uzun müddətdir bölgədə mövcuddur və onun təcrübəsi digər təşkilatlar üçün də faydalı ola bilər.

Gununsesi.info