Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla telefon danışığı zamanı Qəzza zolağı və ətrafında, eləcə də Qırmızı dənizdəki vəziyyəti müzakirə ediblər.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Lavrov İran Xarici İşlər Nazirliyinin rəhbəri ilə söhbətində İranın Kirman şəhərində baş vermiş terror aktı ilə bağlı başsağlığı verib.
Diplomatlar beynəlxalq terrorizmlə mübarizədə birgə fəaliyyətə sadiq olduqlarını təsdiqləyiblər.
Gununsesi.info