Lavrov: “ABŞ Rusiya sərhədləri yaxınlığında hərbi isteriya yaradır”

  • By admin
  • 30 Noyabr 2021 20:48

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ı Rusiya sərhədləri yaxınlığında hərbi isteriya yaratmaqda ittiham edib.

O, bu barədə “Gələcək naminə dialoq” elmi-təhsil proqramında çıxışı zamanı bildirib.

“Birləşmiş Ştatların öz hərbi bazaları ilə bizi hər tərəfdən mühasirəyə alması, yəqin ki, artıq hər bir məktəbliyə məlum olan faktdır”, – deyə Rusiya XİN rəhbəri qeyd edib.

Onun sözlərinə görə, bu, ABŞ-ın daim Rusiya Federasiyasını öz ərazisində hərbi təlimlər keçirməkdə ittiham etməsinə mane olmur.

Lavrov həmçinin əlavə edib ki, ABŞ əvvəllər konstruktiv və birləşdirici əhvalın üstünlük təşkil etdiyi Asiya-Sakit okean regionunda qarşıdurma sxemləri tətbiq edir.

Gununsesi.info