Lavrov Ayvazyana təcili zəng etdi

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ara Ayvazyan ilə İrəvandakı vəziyyəti telefonda müzakirə edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

HTML tutorial

Ayvazyan Lavrova Ermənistan ordusunun baş nazir Nikol Paşinyana istefa çağırışından sonra yaranan durum barədə məlumat verib. Rusiya tərəfi durumun Ermənistanın daxili məsələsi kimi gördüyünü bildirib.

Gununsesi.info