Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzəyanı qəbul edib.
Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Ermənistan sərhədindəki mübahisəli məsələlər, həmçinin, regional kommunikasiyaların açılması barədə danışıqlar aparılıb.
“Rusiya Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesinin keçirilməsinə yardımçı olacağını təsdiqləyir. Bundan başqa, regional kommunikasiyaların açılması səylərinə də dəstək verməyə hazırıq”-deyə Lavrov söyləyib.
Gununsesi.info