Lavrov Azərbaycana heç vaxt xoş məramla gəlməyib - DEPUTAT

  • By admin
  • 24 İyun 2022 20:56

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Vahid Əhmədov Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərini şərh edib:


“Lavrovun gəlişindən, ümumiyyətlə, müsbət heç nə gözləmirəm. O, Azərbaycana heç vaxt xoş məramla gəlməyib. Əsas da Azərbaycan-Ermənistan münasibətlərində, Qarabağ məsələlərinin həllində Lavrovdan müsbət addım görməmişəm. Dövlət başçısı cənab İlham Əliyevin mövqeyi bu sahədə sərtdir. Prezident üçün hər şeydən əvvəl Azərbaycanın ərazi bütövlüyü, xalqın müqəddəratı məsələləridir və bunu ön plana çıxarıb. Lavrovsa yəqin, hansısa məsələ üçün Bakıya gəlib, ya da Azərbaycandan nəsə xahişləri var..”, – deputat bildirib. (Pravda)