Lavrov Bakıya gəlir - RƏSMİ AÇIQLAMA

  • By admin
  • 17 Noyabr 2017 14:40

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov 19-20 noyabr tarixlərində Azərbaycan Respublikasında rəsmi səfərdə olacaq.

Bu barədə Gununsesi.info-ya Azərbaycan XİN-nin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində nazir Sergey Lavrovun xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşdən sonra hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 28 aprel 2017-ci il tarixində Rusiya Federasiyasında işgüzar səfərdə olub.

Gununsesi.info