Lavrov Bakıya nə üçün gəlir? – ŞƏRH

  • By admin
  • 30 Aprel 2021 13:45

“Azərbaycan öz üzərinə düşən məsuliyyəti dərk edərək, bütün vəzifələrini və öhdəliklərini vaxtında həyata keçirməklə Ermənistan tərəfinə örnək göstərir. Ermənistan isə ciddi cədhlə çalışır ki, özünü məsuliyyətdən geri çəksin”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında politoloq  Tofiq Abbasov Lavrovun Azərbaycan və Ermənistana səfəri ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, digər tərəfdən Ermənistan daxilində çox böyük narazılıqlar məhz bu üçtərəfli bəyanatın gücü və aktuallığı ilə bağlıdır ki, işğalçı ölkə həmin mübahisələrə qatlanmalıdır:

“Faktiki olaraq Lavrov hələ bölgəyə gəlməzdən əvvəl də Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Rusiyanın bu məsələ ilə bağlı böyük marağının olmasını bildirib. Üçtərəfli bəyanatın vacibliyi və onun icrası da son dərəcə aktual məsələdir. Rusiya bu işlərin hamısında təbii ki, Azərbaycan və  Ermənistanla həmkarlıq edərək nəzərdə tutulan planları, o cümlədən kommunikasiyanın blokadadan çıxarılmasını reallaşdırmağa çalışır”.

T.Abbasov həmçinin bildirib ki, üç tərəf arasında siyasi məqamlar var ki,  bununla bağlı müzakirələr olacaq:

“O cümlədən başqa məsələlər də var ki, onlar cari bir tərzdə həm müzakirə obyektidi, həm də tərəflərin yanaşmasına bağlıdır. Təbii ki, bu yanaşmalar hər zaman əyani şəkildə həllini tapır. Yeni planlar, məqamlar da ortaya çıxarır. Onlarla bağlı da tərəflər qərar qəbul edəcələr”.

“Ermənistana gəldikdə isə payına düşən məqamlar dərin və mürəkkəbdir. Artıq bu Rusiyanın məsuliyyətində olan bir vəzifədir ki, Ermənistanı qeyri-adekvat siyasət yeridən ölkə kimi həm nizam-intizama çağırsın, həm də yada salsın ki, Ermənistanın baş naziri Nikol Paşinyanın bu bəyanatın üzərində rolu var və sənəd hüquqi baza rolunu oynayır. Bu öhdəliklərdən də yayınmaq və çəkilmək mümkünsüzdü”, – deyə o bildirib.

Rusiyanın xarici işlər naziri S.Lavrov mayın 5-6-da Ermənistanda, mayın 10 və 11-də isə Azərbaycanda səfərdə olacaq.

Gununsesi.info