Lavrov BMT nümayəndəsi ilə İraqı müzakirə etdi

Lavrov BMT nümayəndəsi ilə İraqı müzakirə etdi


Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov BMT baş katibinin xüsusi nümayəndəsi Yan Kubişlə İraq və Kürd Muxtariyyəti ətrafındakı vəziyyəti müzakirə edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya XİN-dən informasiya yayılıb.

Görüş zamanı İŞİD terror qruplaşmasının ölkədəki varlığının aradan qaldırılmasından sonra yaranan vəziyyətin və İraq Kürd Muxtariyyəti ətrafında cərəyan edən məsələlərin həll yollarının tapılması və rəsmi Bağdadın bundan sonrakı inkişaf perspekivləri müzakirə mövzusu olub.

Görüş çərçivəsində həmçinin Rusiyanın İraqın birliyi, müstəqilliyi və ərazi bütövlüyünə dəstəyi bir daha vurğulanıb.

Gununsesi.info

COMMENTS