
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya təyyarəsinin vurulmasından sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) təcili iclasının çağırılacağını açıqlayıb.
Gununsesi.info bildirir ki, Lavrov BMT-nin Nyu Yorkdakı binasında jurnalistlərə açıqlama verib.
BMT Təhlükəsizlik Şurasının dönəmli sədri olan Fransanın üzərinə düşən vəzifəni yerinə yetirəcəyinə ümid etdiyini bildirən Lavrov qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının təcili toplanması lazımdır.
Lavrov əlavə edib ki, onlar Ukraynanın ukraynalı məhbusları daşıyan təyyarəni niyə vurduğunu izah etməsini gözləyirlər.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi göyərtəsində 74 nəfər, o cümlədən 65 ukraynalı hərbi əsir olan Rusiya təyyarəsinin Ukrayna raketi ilə vurulduğunu bildirib.
Bəyanatda xatırladılır ki, təyyarədə 6 nəfərlik ekipaj, əsirlərin dəyişdirilməsi üçün 65 Ukrayna hərbçisi və onları müşayiət edən 3 Rusiya hərbçisi olub. Təyyarənin ekipajı və bütün sərnişinləri həlak olub.
Gununsesi.info