Lavrov Ceyhun Bayramova zəng etdi

Yanvarın 27-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.

Gununsesi.info xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Lavrov Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşının qətlə yetirilməsi ilə bağlı həmkarına başsağlığı verib.

Həmçinin, o, Azərbaycan tərəfinin məqsədəuyğun hesab etdiyi istənilən yardımı göstərməyə hazır olduğunu bildirib.

27 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumu ilə əlaqədar Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Sergey Lavrov İrandakı səfirliyimizə silahlı hücumu qətiyyətlə pisləyib, Səfirliyin qətlə yetirilən əməkdaşının ailəsinə, Azərbaycan rəhbərliyinə və xalqına başsağlığı diləklərini çatdırıb. Cinayətkarın qısa müddət ərzində məsuliyyətə cəlb edilməsinin zəruri olduğunu bildirib.

Ceyhun Bayramov həmkarına zəng və başsağlığına görə təşəkkür edib. Xain terror hücumunu nazir tərəfindən qınanıb. Sözügedən terror aktını törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını qətiyyətlə tələb edildiyi diqqətə çatdırılıb.

Gununsesi.info