Lavrov Ceyhun Bayramovla Laçın yolunu müzakirə etdi

  • By admin
  • 17 Yanvar 2023 20:37

Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Gununsesi.info xəbər verir ki, məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Telefon danışığı zamanı Laçın yolundakı vəziyyət müzakirə olunub.

Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanan razılaşmalar əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsas istiqamətləri vurğulanıb.

Gununsesi.info