Lavrov da Bakıya gəldi

  • By admin
  • 21 Noyabr 2020 17:32

Rusiyanın qurumlararası nümayəndə heyəti Bakıda səfərdədir.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, nümayəndə heyətinin tərkibində xarici işlər naziri Sergey Lavrov, səhiyyə naziri Mixail Muraşko, baş nazirin müavini Aleksey Overçuk və İstehlakçıların Haqlarının Müdafiə Sferasına Nəzarət Xidmətinin rəhbəri Anna Popova yer alıb.

Qeyd edək ki, bu gün Rusiya müdafiə naziri Sergey Şoyqu Bakıya gəlib. Şoyqu Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

Gununsesi.info