Lavrov erməni siyasətçilərin bəyanatlarını təkzib etdi

“Erməni siyasi xadimlərinin Moskvanın Qarabağı Azərbaycana “verməsi” ilə bağlı bəyanatları düzgün deyil”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Praqada 1991-ci il Alma-Ata bəyannaməsini tanıdıqları deyilən bəyanat imzalayaraq bütün sualları cavablayıblar:

“Bəyanatda səhv etmirəmsə, parlamentin rəhbəri Rusiyanın Qarabağı Azərbaycana verdiyini bildirib. O, 2020-ci ilin noyabrında Putin, Paşinyan və Əliyev ilk üçtərəfli sazişləri imzalayanda Qarabağın Rusiya tərəfindən Azərbaycana verildiyinə istinad edib. Bundan yanlış bəyanat təsəvvür etmək çətindir.

Bu, qətiyyən həqiqətə uyğun deyil. Ermənistanın Baş naziri o vaxtkı Dağlıq Qarabağ vilayətinin Azərbaycanın tərkib hissəsi olduğu əks olunan sənədi imzalayıb. Bizi 2020-ci ilin noyabrında Qarabağı verməkdə ittiham etmək lazım deyil, öz xalqının qarşısında müstəqil cavab vermək lazımdır”.

 

Gununsesi.info