Lavrov Ermənistanı qınadı: “İrəvan Moskva ilə müttəfiqliyini qeyri-müəyyən vədlərlə dəyişməyə çalışır”

  • By admin
  • 29 Dekabr 2023 09:16

Qərbin təlqininə uyan İrəvan Moskva ilə müttəfiqliyini qeyri-müəyyən vədlərlə dəyişməyə çalışır.

Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair TASS-a  müsahibəsində deyib.

“Təəssüf ki, rəsmi İrəvan qərblilərin təlqininə uyaraq öz xarici siyasət xəttini yenidən formatlamağa çalışır. O, Moskva ilə zamanın sınağından çıxmış müttəfiqliyini hətta Qərbin konkret yardımı üçün deyil, yalnız qeyri-müəyyən vədlər üçün dəyişir”, – deyə XİN rəhbəri bildirib.

“Strateji dönüş kursuna haqq qazandırmaq üçün Ermənistanın bütün bəlalarına görə Rusiyanı günahlandırmağa çalışırlar. Biz dəfələrlə Rusiyanın narahatlığını açıq şəkildə demişik – indi bir daha Ermənistan hakimiyyətinin qeyri-dost addımlarını sadalamağın mənası yoxdur,” Lavrov əlavə edib.

Rusiya XİN rəhbəri qeyd edib ki, Ermənistan Cənubi Qafqazda Rusiya üçün strateji tərəfdaş olub və belə də qalır.

Gununsesi.info