Lavrov III Dünya müharibəsindən danışdı: Nüvə savaşı və...

  • By admin
  • 02 Mart 2022 15:23

“III Dünya müharibəsi olsaydı, bu, nüvə savaşı və dağıdıcı olacaqdı”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

Rusiyanın baş diplomatı sanksiyalar məsələsindən da danışıb və bildirib ki, Rusiya məhdudiyyətlərə hazırdır: “İdmançılar, jurnalistlər, mədəniyyət nümayəndələrinə qarşı sanksiyalara hazır idik. Rusiyanın xeyli dostu var və onu təcrid etmək mümkün olmayacaq”.

Lavrov əlavə edib ki, Ukrayna tərəfi danışıqlar üçün vaxtı uzadır.

“Moskva Kiyevlə danışıqların ikinci mərhələsinə hazırdır, lakin Ukrayna vaxta oynayır. Ukrayna tərəfi ABŞ-ın göstərişi ilə zamanla oynayır” – nazir bildirib.

Gununsesi.info