Lavrov İsrail-ABŞ müharibəsinin məqsədlərindən birinin adını çəkdi

“ABŞ və İsrailin İrana qarşı “təcavüzünün” məqsədlərindən biri onun ərəb ölkələri ilə münasibətlərinin yaxşılaşmasının qarşısını almaq olub”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov RT India -ya verdiyi müsahibədə deyib.

Diplomat xatırladıb ki, illər əvvəl İordaniya kralı II Abdullah ibn Hüseyn əl-Haşimi sünnilər və şiələr arasında barışıq mövzusunda zirvə görüşü keçirib, lakin indi münasibətlərin normallaşmasının heç vaxt baş verməməsi və İranın pariya dövlətinə çevrilməsi üçün nəhəng səylər göstərilir.

Lavrovun sözlərinə görə, İranın Fars körfəzi qonşuları Fələstin məsələsinin həllinə yönəlməyəcək və İsraillə münasibətlərin yaxşılaşdırılması üçün “qiymət” olaraq Fələstin məsələsinə xəyanət etməyə məcbur olacaq strukturlara cəlb olunurlar.

Maqsud

Gununsesi.info