Lavrov Kuba və Argentinaya səfərini təxirə saldı

  • By admin
  • 19 May 2018 15:14


Rusiya Xarici işlər naziri Sergey Lavrov Argentina və Kubaya səfərini təxirə salıb.

Gununsesi.info-nun “Gazet.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN məlumat yayıb.

Nazirin səfərlərinin təxirə salınmasına səbəb kimi Rusiyada yeni hökumətin formalaşması ilə əlaqədar planlaşdırılmış tədbirlər göstərilir.

Gununsesi.info