
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla qazaxıstanlı həmkarı Muxtar Tleuberdi arasında telefon danışığı olub.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Nazirlər Rusiya-Qazaxıstan münasibətlərinin bir sıra aktual məsələlərini, o cümlədən ən yüksək səviyyədə qarşıdan gələn tədbirləri və hökumətlərarası sənədlərin hazırlanmasını müzakirə ediblər”, – deyə diplomatik mənbə bildirib.
Qeyd edək ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev daha əvvəl fevralın ortalarında Rusiyaya səfər edəcəyini demişdi.
Gununsesi.info