Lavrov: “Qərb Ermənistanla Rusiyaya qarşı dost olmaq istəyir”

  • By ilhame
  • 09 Noyabr 2023 22:42

Qərb ölkələri Ermənistanın “qılığına “girir” və respublika ilə Rusiyaya qarşı dost olmaq istəyirlər.

Gununsesi.info-nun xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-1” telekanalının efirində deyib.

“İndi Ermənistanın fəal şəkildə qılığına girən Qərb ölkələri onunla Rusiya Federasiyasına qarşı dost olmaq istəyirlər” – o vurğulayıb.

S.Lavrovun sözlərinə görə, Rusiya Federasiyasının Ermənistanın xarici tərəfdaşlarına qarşı qərəzi yoxdur, İrəvan öz kursunu müstəqil şəkildə müəyyənləşdirməlidir.

Gununsesi.info