Lavrov Qərb ölkələrinin siyasətini QINADI

  • By admin
  • 20 Mart 2021 09:29

“Amerika Birləşmiş Ştatları başda olmaqla Qərb ölkələri bərabərliyə əsaslanan əməkdaşlığa müsbət yanaşmırlar . Geosiyasi mövqelərini qorumaq üçün güclü təzyiqlər və birtərəfli sanksiyalar kimi qanunlara zidd müxtəlif vasitələrdən istifadə edirlər”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov paytaxt Moskvada qatıldığı tədbirdə çıxışı zamanı Qərb ölkələrinin xarici siyasətinə münasibət bildirərkən deyib.

O bildirib ki, İkinci dünya müharibəsindən sonra yaradılan Birləşmiş Millətlər Təşkilatının etibarını məhv edən addımların atılması narahatlıq yaradır:

“Qərb ölkələri ilə əlaqələr Rusiyanın maraqları ilə üst-üstə gələcək formada davam etdiriləcək. Bizi maraqlandıran və bizim üçün faydalı olan sahələrdə əməkdaşlıq etməyə hazırıq”.

Gununsesi.info