Lavrov Qarabağda qeydə alınan insidentlər barədə DANIŞDI

  • By admin
  • 06 May 2021 13:00

Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ara Ayvazyanla birgə Yerevanda mətbuat konfransı keçirir.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, Dağlıq Qarabağda situasiyanın sabitləşdiyini bildirib.

“Dağlıq Qarabağda situasiya stabilləşib. Baş verən kiçik insidentlər isə rusiyalı sülhməramlılar tərəfindən effektiv şəkildə yoluna qoyulur”-deyə o açıqlayıb.