Lavrov: “Rusiya Bayden administrasiyasından radikal dəyişikliklər gözləmir”

  • By admin
  • 18 Yanvar 2021 15:29

Rusiya Bayden administrasiyasından Strateji Hücum Silahları haqqında Müqavilənin uzadılması ilə bağlı konkret təkliflər gözləyir.

 

Gununsesi.org APA-ya istinadla xəbər verir ki, bu barədə bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden administrasiyası dövründə də Rusiya və Çinə qarşı siyasət xətti davam edəcək: “Baydenin komandasındakı təyinatlar ABŞ-ın dominantlıq xəttinin davam edəcəyini mühakimə etməyə imkan verir”.

S. Lavrovun sözlərinə görə, ABŞ-ın yeni administrasiyanın Rusiya ilə münasibətdə davranışı mümkündür ki, daha nəzakətli olacaq: “Rusiya Bayden administrasiyasından radikal dəyişikliklər gözləmir. Lakin ABŞ liderliyinin hərəkətlilik metodları başqa cür olacaq”.

Gununsesi.org