Lavrov: Ukraynaya “F-16” vermək nüvə təhdididir

  • By admin
  • 13 İyul 2023 21:47

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov yeni açıqlamaları ilə gündəmə gəlib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ASEAN ölkələrinin toplantısına qatılmaq üçün gəldiyi İndoneziyada jurnalisltərin suallarını cavablandıran rus yetkilisi Ukraynaya “F-16” vermənin nüvə təhdidi olacağını bildirib.

Lavrov belə bir durumun son dərəcə təhlükəli olacağını söyləyib.

Amerikanın eyni növ döyüş təyyarələrini Ukraynaya verməyi planlaşdırmasını təhdid adlandıran Lavrov belə bir halı gözardı etməyəcəklərini dilə gətirib.

 

Tərcümə: Arzu

Gununsesi.info