Lavrov və Çavuşoğlu “3+3” platforması ilə bağlı yeni razılığa gəldi

  • By admin
  • 06 Yanvar 2022 16:25

Rusiya və Türkiyənin xarici işlər nazirləri – Sergey Lavrov və Mövlud Çavuşolulu “3+3” regional platforması çərçivəsində yeni görüşün təşkili barədə razılığa gəliblər.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında bildirilib.

Bundan əvvəl nazirlər arasında telefon danışığının olduğu qeyd edilib.

Lavrov və Çavuşoğlu telefon danışığı zamanı Cənubi Qafqazda vəziyyətin normallaşdırılması və əməkdaşlığın inkişafı üzrə “3+3” regional platformasının 2021-ci il dekabrın 10-da Moskvada keçirilim birinci iclası müsbət qiymətləndirilib.

“Növbəti görüşə də Moskvadakı iclasın tərkibi qatılacaq. Moskva Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına dəstək verməyə başlayıb. Sergey Lavrov Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasının gücləndirilməsinə tərəfdar olduğunu bildirib”, – məlumatda deyilir.

Platforma Ermənistan, Rusiya, İran, Türkiyə, Azərbaycan və Gürcüstanın iştirakını nəzərdə tutur. Lakin rəsmi Tbilisi təşəbbüslərə qoşulmaqdan imtina edir. İlk sessiya 2021-ci il dekabrın 10-da Moskvada “3+2” formatında keçirilib.

Paralel olaraq Ermənistan və Türkiyə münasibətləri normallaşdırmaq məqsədi ilə dialoq prosesini elan ediblər. Yanvarın 14-də Moskvada iki tərəfin xüsusi nümayəndələrinin ilk görüşü keçiriləcək