Lavrovdan 10 noyabr bəyanatının “gizli əlavələr”i barədə AÇIQLAMA

  • By admin
  • 18 Yanvar 2021 14:05

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağdakı 6 həftəlik hərbi əməliyyatları sona çatdıran üçtərəfli bəyanatında “gizli əlavələr” yoxdur.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov illik mətbuat konfransında deyib.

S.Lavrov hansı mövzuların “gizli əlavələr”ə daxil edilə biləcəyi barədə fikir sahibi deyil.

Lavrov, həmçinin, Qarabağın Rusiyaya daxil olmasına dair təklifi “fantastik” adlandırıb: “Biz Azərbaycana və Ermənistana bölgədə sülhü və sabitliyi təmin edəcək bir həll tapmasında kömək edəcəyik.

Gununsesi.info