Lavrovdan BMT-yə tənqid: “Bizə yalan söylədilər”

  • By admin
  • 25 Sentyabr 2023 11:29

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qara dəniz taxıl təşəbbüsü ilə bağlı onlara yalan danışıldığını iddia edib.

Gununsesi.info xəbər verir ki, Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransında “Anadolu” aganetliyi müxbirinin Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin Rusiyanın “Qara dəniz taxıl təşəbbüsünə yenidən qoşulmaq istəyinin olub-olmaması ilə bağlı sualına” cavab verib.

BMT-nin baş katibi Quterreşin sözlərinə cavab verə bilməyəcəyini ifadə edən Lavrov, “Bizə yalan söylədilər. Baş katib ya bunu deməyə məcbur edildi, ya da yanıltıldı”, deyib.

“Onlar (Qərb) bilavasitə Rusiya gübrəsinin və taxılının ixracını asanlaşdırmaq üçün investisiyaların yumşaldılacağını bildiriblər”, – Lavrov bildirib.

Lavrov BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebekka Qrinspan və BMT baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Martin Griffiths ilə işlədiklərini ifadə edib.“BMT Katibliyinin əlavə etdiyi təklifləri biz uydurmamışıq, onların hamısı bundan xəbərdardır”, – deyə Lavrov bildirib.

Lavrov siyahıdakı bəndlərin heç birinin yerinə yetirilmədiyini iddia edib.

Səid Əhmədli
Gununsesi.info