Lavrovdan maraqlı bənzətmə - "KİM VƏ TRAMP DALAŞAN UŞAQLARA OXŞAYIR"

  • By admin
  • 23 Sentyabr 2017 19:35

lavrov_(4)

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov BMT-nin 72-ci sessiyası çərçivəsində keçirilən mətbuat konfransında iştirak edib.

S.Lavrov ABŞ prezidenti Donald Trampın “Şimali Koreyanı yox edərik” sözləri ilə bağlı verilən suala belə cavab verib:

“Qarşılıqlı davam edən təhdidlər Koreya yarımadasında müharibəyə əsas verə bilməz. Qəzəbi sakitləşdirmək məcburiyyətindəyik… Kim və Trampın qarşılıqlı xəbərdarlıqları uşaq davalarına oxşayır…”

Gununsesi.info