Rusiya, Türkiyə və İran Suriya rəsmiləri ilə silahlı müxalif qrupların nümayəndələrinin birgə toplantısının hazırlıqlarını görür.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib.
Lavrov yeni görüş üçün hazırlıq prosesinin getdiyini və digər silahlı qrupları da birgə görüşə inandırmağa çalışdıqlarını vurğulayıb. Nazir bir daha növbəti görüşün Astanada planlaşdırıldığını təsdiqləyib.
Toplantıya BMT Baş katibi və ABŞ rəsmiləri də dəvət edilib.
Gununsesi.info