Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan ərazisindən Naxçıvana tranzitin açılması ilə bağlı bəyanatlarında heç bir “məntiq” görməyib.
Gununsesi.info xəbər verir ki, bu barədə Lavrov 2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransında bildirib.
Rusiya xarici işlər naziri əmin olduğunu bildirib ki, Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqələrinin bərpasına alternativ yoxdur.
“Mən əminəm ki, Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqələrinin bərpasının alternativi yoxdur. Onun parametrləri üçtərəfli sazişdə təsbit olunub”, – Lavrov bildirib.
Eyni zamanda, Rusiya XİN rəhbəri qeyd edib ki, Qərb ölkələri Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanmaya dair razılaşmaların həyata keçirilməsini istəmir, həll prosesinə mane olur.
Rusiya XİN rəhbəri hesab edir ki, Ermənistanla Azərbaycan arasında normallaşma istiqamətində irəliləyişin olmaması İrəvanın Qərbin “məsləhət gördüyü” mövqeyi ilə bağlıdır.
Lavrov qeyd edib ki, bütün hörmətlə bunun səbəbini İrəvanın mövqeyində görürəm.
Gununsesi.info