Moskva Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üzrə işə mümkün qədər tez başlamağa çağırır.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov mətbuat konfransında deyib.
“Azərbaycan və Ermənistan sərhədində vaxtaşırı insidentlərin baş verdiyi insan tələfatı olan vəziyyətin nizamlanması üçün ardıcıl səylər göstəririk. Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması, onun ardınca isə bu prosesdə Bakı və İrəvana məşvərətçi yardım göstərməyə hazırıq. Rusiya məhbusların qaytarılması məsələsində fəal iştirak edir.
2020-ci il dekabrın 2-dən Rusiya sülhməramlılarının vasitəçiliyi ilə ümumilikdə 146 məhbus geri qaytarılıb, 127-si Ermənistan tərəfinə, 19-u isə Azərbaycan tərəfinə”, – deyə nazir bildirilib.
Lavrov eyni zamanda, vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi prosesinə qoşulmaq istəyən bütün xarici oyunçular tərəflərin maraqlarını və Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli razılaşmalarını nəzərə almalıdır.
Gununsesi.info