Lavrovdan Türkiyədəki seçkilər barədə - Açıqlama

“Rusiya Türkiyədəki prezident və parlament seçkilərinə müdaxilə etmir”.

Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir ki, bunu Ankarada səfərdə olan Rusiyanın XİN rəhbəri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Jurnalistlərin Rusiyanın Türkiyədəki hansı siyasi qüvvəni dəstəklədiyi barədə suala cavab verən Lavrov deyib:

“Rusiya bu və ya digər ölkələrin nə daxili işlərinə, nə də seçkiqabağı kampaniya ərəfəsində yaranan müzakirələrə müdaxilə edir. Biz demokratik prosedurlar həyata keçirən ölkələrin qanunvericiliyinə hər zaman hörmətlə yanaşırıq. Bu hər bir ölkənin, eləcə də Türkiyə kimi inkişaf etmiş demokratik ölkənin suveren işidir”.

Xatırladaq ki, Türkiyədə parlament və prezident seçkiləri mayın 14-ü keçiriləcək. Ehtiyac olarsa, prezident seçkilərinin ikinci turu mayın 28-i baş tutacaq.

 

Gununsesi.info