
Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.
Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, bu barədə Rusiya XİN-in məlumatında deyilir.
Söhbət ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.
“Ötən gün Limada Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı təşkilatının forumu çərçivəsində baş tutan danışıqların davamı olaraq Suriya böhranı, o cümlədən Hələbin şərq hissəsindəki vəziyyət müzakirə olunub”-deyə, məlumatda qeyd edilir.
Gununsesi.info