Lavrovla Kulebanı görüşdürmək istəyirik

  • By admin
  • 04 Mart 2022 17:57

Toplantıda müharibənin dayandırılması üçün göstərdiyimiz səylər vurğulandı. İki tərəflə dialoq quran nadir ölkələrdən olduğumuz bildirildi.

Gununsesi.info  xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NATO xarici işlər nazirləri toplantısında deyib.

“Məqsədimiz humanitar dəhlizləri mümkün qədər tez açmaqdır. Biz balanslaşdırılmış siyasətimizi davam etdirəcəyik. Üzərimizə düşəni edəcəyik.

Hər iki xarici işlər nazirini Antalyada bir araya gətirməyi planlaşdırırdıq. Şərtlər imkan versə, Rusiyanın xarici işlər naziri Lavrovla ukraynalı həmkarı Kulebanı Antalya Diplomatik Forumunda bir araya gətirmək istərdik”, – Çavuşoğlu bildirib.

Gununsesi.info