Lavrovla Mirzoyan Qarabağı müzakirə etdilər

  • By admin
  • 24 Noyabr 2021 20:27

Rusiya xarici işlər naziri Sergey Lavrovla erməni həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı tərəflər 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlar çərçivəsində tərəflərin üzərinə götürdüyü öhdəliklərin icrasını müzakirə ediblər.

Həmçinin, Qarabağ məsələsinin ATƏT-in Minsk qrupunun mandatı çərçivəsində müzakirəsinin vacibliyi qeyd olunub.

Gununsesi.info