Lavrovun ATƏT-in iclasında çıxışına mənfi reaksiya: Zalı tərk etdilər

  • By admin
  • 30 Noyabr 2023 18:28

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ATƏT-in iclasında çıxışı zamanı bəzi nümayəndələr zalı tərk ediblər.

Gununsesi.info xəbər verir ki, Lavrovun sammitə dəvəti bəzi ölkələrdən mənfi reaksiya ilə qarşılanıb. Tədbiri boykot edən ölkələr arasında Litva, Latviya, Estoniya, Polşa və Ukrayna da var.

Həmçinin qeyd edilir ki, ABŞ və Aİ-nin yüksək səviyyəli diplomatları görüşdə iştirak etməyiblər, onlar yalnız bir gün əvvəl şam yeməyinə qatılıblar, öz növbəsində Lavrov da iştirak etməyib. Faktiki sessiya iclasında onları əvəzedicilər təmsil ediblər.

Bundan əvvəl Lavrovun ATƏT nazirlərinin görüşü üçün uçuş marşrutunu dəyişmək məcburiyyətində qaldığı bildirilib. Sofiya Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın olduğu təyyarənin uçuşunu qadağan etdiyi üçün təyyarə Bolqarıstandan yox, Yunanıstan üzərindən uçub.

Həmçinin məlumat verilib ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ATƏT-in nazirlər toplantısında Lavrovun olacağına görə iştirak etməyib. Oxşar qərarı Estoniya, Latviya və Litvanın xarici işlər nazirliklərinin rəhbərləri də qəbul ediblər.

Gununsesi.info