Lavrovun Bakı səfəri: “Əsas məsələ bağlı qapılar arxasındakı danışıqlardır” – ŞƏRH

“Dəhlizin açılması ilə bağlı müəyyən irəliləyiş var, ancaq proses çox ləng gedir”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfərini şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, Lavrovun Bakı səfərində əsas məsələ bağlı qapılar arxasındakı danışıqlardır:

“Lavrovun Azərbaycan səfəri diqqətlə izlənildi. İmzalanan bəyanatlar və dəhlizin açılması ilə bağlı müəyyən danışıqlar oldu. Azərbaycan heç bir görüşdən qaçmamalıdır. Rusiya böyük dövlətdir və onun rəsmi şəxsinin Azərbaycana gəlməsində qeyri-adi heç nə yoxdur. Ancaq bu danışıqlardan sonra proses irəliyə doğru inkişaf etmir. Nəticə etibarı ilə Rusiya götürdüyü öhdəliyi yerinə yetirməlidir. Ona görə də əsas məsələ bağlı qapılar arxasındakı danışıqlardır”.

Gununsesi.info