

Rusiya lazer silahlı təyyarəsinin uğurla sınaqdan çıxdığını bəyan etdi.
Gununsesi.info z.ru-ya istinadən xəbər verir ki, Rusiya Müdafiə nazirliyi lazer silahlı hərbi təyyarənin uğurla sınaqdan çıxmasını bəyan edib.
Bu barədə məlumat verən Rusiya müdafiə nazirinin müavini Yuriy Borisov deyib ki, Rusiya İl-76MD təyyarəsi bazasında A-60 hərbi təyyarə kompleksi hazırlanıb və bu lazer silah təyyarənin bortuna yerləşdirib. Təyyarənin bortundakı modernləşdirilmə prosesi artıq başa çatıv bə sınaqdan da çıxarılıb.
“Radioelektronnıy texnologii” Konserninin baş direktorunun birinci müavinin məsləhətçisi Vladimir Mixeyev deyib ki, bu silah vastiəsi ilə hədəfi daha dəqiqliklə vurmaq mümkün olacaq.
Onu da əlavə edək ki, ruslar lazer silahlı təyyarənihələ sovetlər birliyi dönəmində hazrılamağ cəhd ediblər və elə İl-76MD bazasında A-60 tayyarəsi yaradılıb. İlk təyyarə 1981-ci ildə havaya qalxıb. Daha sonra bu tip təyyarələrin istehsalı dayandırlıb, ancaq bir neçə il bundan öncə lazer silahlı təyyarələrin istehsalının bərpası barədə qərar qəbul edilib.
Amerikada da beə bir lazer silahı olan təyyarənin istehsalına başlayıb. Amerikalılar belə bir təcrübəni Boeing YAL-1 təyyarəsində sıqaqdan çıxarıblar.
Onu da qeyd edək ki, Türkiyə də 2015-ci ildə lazer silahlə təyyarəni uğurla sınaqdan keçirib.
Türkiyə 2013-cü ildə TUBİTAK-la Bilkənt Universiteti birgə layihəsi əsasən belə bir silahın hazırlanmasına start verib və bu silah 2015-ci ildə uğurla sınaqdan çıxarılıb. Türkiyə daha iki model lazer silahı üzrə işlərini davam etdirməkdədir.
Gununsesi.info