Lazım gələndə bu vəsait artırıla bilər - Nazir

Hərbi xərclərin artırılması təklif olundu. Ali Baş Komandan bu məsələni diqqət mərkəzində saxlayır.

 

Gununsesi.info xəbər verir ki, bunu parlamentdə büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov deyib.

 

O qeyd edib ki, lazım gələndə bu vəsait artırıla bilər: “Prezident hər zaman çıxışlarında deyir ki, müdafiə qabiliyyətimizin yüksəldilməsi bir nömrəli məsələdir. Cari ildə yenidən baxılma ilə bizim müdafiə xərcimiz 1 milyard manatdan artıq artırılıb. İmkan olan kimi bu edilir və yenə də imkan olan kimi bu vəsait artırılacaq”.

 

Gununsesi.info