LDU-da Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edildi - FOTOLAR

  • By admin
  • 19 Oktyabr 2017 12:53

ImageJPEG_0225

18 oktyabr –Azərbaycanın Dövlət Müstəqilliyi gününün  bayram sevincini Lənkəran Dövlət Universiteti (LDU) ailəsi birgə paylaşıb.

Gununsesi.info xəbər verir ki, N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında  keçirilən bayram  tədbiri dövlət himninin ifası ilə başlanıb.

Rəsmi hissədə  LDU-nun  baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Kamal Mahmudov Azərbaycanın Dövlət Müstəqilliyi günü ilə bağlı geniş məruzə edib.

O, 18 oktyabr tarixini  Azərbaycan xalqının  şərəf və şöhrət salnaməsi adlandıran, dünyada yaşayan onlarla xalqın bu gün də müstəqil dövlətlərinin olmadığını, hər bir azərbaycanlı üçün müstəqil Azərbaycan dövlətinin bayrağı altında yaşayıb işləməyin səadət olduğunu deyən K.Mahmudov xalıqımızın azadlıq mücadiləsində üzləşdiyi çətinliklərdən, gərgin mübarizədən, tökülən qanlardan ətraflı söz açıb, müstəqil dövlətimizin keşiyində dayanmağı hər bir azərbaycanlının  şərəf işi adlandırıb, ən ali vətəndaşlıq borcu kimi dəyərləndirib.

Rəsmi hissədən sonra LDU-nun professor-müəllim –tələbə heyəti ilə birgə N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı aktyorlarının ifasında yazıçı-dramaturq Hafiz Mirzənin “Ay Lolo və ya Moskvalı gəlin” iki hissəli komediyasına tamaşa ediblər. Respublikanın əməkdar artisti Adil Zeynalovun quruluş verdiyi tamaşada əsas rolları  respublikanın əməkdar artistləri Sucəddin Mirzəyev, Adil Zeynalov, artistlərdən Səyad Əliyev, Təranə Fərəcova, Şəbnəm Hüseynova və başqaları ifa ediblər. Tamaşa  izləyicilər tərəfindən alqışlarla qarşılanıb və aktyorlara təzə-tər çiçəklər təqdim edilib.

Sonda  LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov  maraqlı tamaşaya  və gözəl aktyor oyununa görə  teatr kollektivinə minnətdarlıq bildirib.

ImageJPEG_0216 ImageJPEG_0236 ImageJPEG_0254

Esmira İsmayılova

LDU-nun mətbuat xidməti