Lənkəran Dövlət Universitetində (LDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Müasir inkişaf mərhələsində elm, təhsil və istehsalatın vəhdəti” mövzusunda keçirilən respublika elmi-praktik konfransının iştirakçıları ilk öncə Lənkəran şəhərinin mərkəzində ulu öndərin adını daşıyan xatirə parkına gələrək əzəmətli abidəsini ziyarət edib, xatirə kompleksinin önünə təzə-tər çiçəklər düzüblər.
AzEdu.az xəbər verir ki, LDU-nun geniş akt zalında keçirilən konfrans işinə respublika dövlət himnimizin ifası ilə start verib.Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və konfransın işində uğurlar arzulayıb.Ulu öndər H.Əliyevin Azərbaycan dövlətinin inkişafı naminə , xalqın tərəqqisi istiqamətində gördüyü çoxşaxəli fəaliyyətdən, ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından bəhs edən professor Natiq İbrahimov prezident İlham Əliyevin ölkənin davamlı inkişaf xəttini bu gün uğurla davam etdirdiyini bildirib, Lənkəran Dövlət Universitetində son iki ildə əldə edilən nailiyyətləri bu uğurlu siyasətin əməli nəticəsi adlandırıb.
“Müasir inkişaf mərhələsində elm, təhsil və istehsalatın vəhdəti” mövzusunda geniş məruzəni texnika elmləri doktoru, professor Mikayıl Məhərrəmov təqdim edib.Məruzədə Azərbaycanda və dünyada elm və istehsalatın vəhdəti istiqamətində aparılan işlər, qazanılan uğurlar, həllini gözləyən problemlər və gələcək hədəflər müqayisəli şəkildə ətraflı təhlil edilib, paralelllər aparılıb, konkret faktlar əsasında mövzuya aydınlıq gətirilib.
Məruzə ətrafında müzakirələrdə Azərbaycan Milli Elmlər Akademiyası(AMEA) –nın İqtisadiyyat İnstitunun professoru, iqtisadiyyat elmləri doktoru Təbriz Əliyev,Astara pedaqoji kollecinin direktoru , riyaziyyat üzrə fəlsəfə doktoru Ağababa İbrahimov çıxış edərək ölkəmizdə son illərdə aparılan geniş istiqamətli iqtisadi islahatlardan və qazanılan uğurlardan, qeyri-neft sektorunun inkişafına göstərilən dövlət qayğısından söz açıblar.
Konfrans iştirakçıları adından ölkə başçısı cənab İlham Əiiyevə müraciət qəbul olunub.
Respublika elmi-praktiki konfransı öz işini 4 bölmədə-“Riyaziyyat və təbiət elmləri”, “İqtisadiyyat, aqrar və texnika elmləri”,”Dilçilk və ədəbiyyatşünaslıq”, “tarix, fəlsəfə və pedaqogika” bölmələrində davam etdirir.İki gün davam edən konfrans işini sabah yekunlaşdıracaq.
Esmira İsmayılova
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri