LDU-nun rektoru təhsildə uğurları ilə seçilən, aztəminatlı məktəblilərə planşet hədiyyə etdi - FOTOLAR

  • By admin
  • 28 Dekabr 2017 13:08

31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni -2018-ci il münasibəti ilə Lənkəran Dövlət Universitetində (LDU) bayram aksiyası keçirilib.

LDU-nin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova Gununsesi.info-ya məlumatında bildirib ki, Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə keçirilən  xeyriyyə aksiyasının əsas məqsədi Lənkəranda yaşayan şəhid ailələrini, Qarabağ müharibəsi veteranlarını, aztəminatlı ailələri və təhsil uğurları ilə seçilən şagirdləri bayram münasibəti ilə sevindirmək olub.

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov tədbirə dəvət almış bütün qonaqları qarşıdakı bayramlar münasibəti ilə ürəkdən təbrik edərək xoş arzularını bildirib. Azərbaycanda gedən genişmiqyaslı quruculuq işlərindən söz açan professor Natiq İbrahimov ölkədə, o cümlədən LDU-da təhsilin inkişafı istiqamətində qazanılmış uğurlardan söz açıb, əldə olunan nailiyyətlərə ölkə başçısının təhsilin inkişafına göstərdiyi qayğı və diqqət sayəsində nail olduqlarını bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Lənkəran Şəhər İcra hakimiyyəti Başçısının 1-ci müavini Möhübbət Babayev də öz növbəsində tədbir iştirakçılarını qarşıdakı bayramlar münasibəti ilə təbrik edib, rayonda yaşayan aztəminatlı ailələrə, şəhid və Qarabağ müharibəsi veteranlarına rayonda  daim diqqət göstərildiyini, bütün bayramlarda xatırlandıqlarını deyib.

İlk bayram sovqatlarını alan məktəblilər olub. 2017-ci ildə təhsil uğurları ilə seçilən, aztəminatlı ailədən olan 4 məktəbliyə planşetlər hədiyyə olunub. Gülnara Səlimzadə, Gülnaz İmanova, Azərin Əlizadə, Mircamal Həsənzadə hədiyyəyə görə tədbirin təşkilatçılarına minnətdarlıq bildiriblər. 12 ailəyə isə bayram süfrəsinin açılması üçün zəruri olan  qənd, şəkər tozu, çay, düyü, un, makaron, vermişel, duru yağ, kərə yağı, xurma, 2 ədəd toyuq və s. ibarət bayram sovqatları verilib.

Esmira İsmayılova

LDU-nun mətbuat xidməti

Gununsesi.info