“Le Figaro”nun baş redaktoru: Sarkozi və Merkel Ukraynanın NATO-ya qəbulunu ağılsızlıq adlandırıblar

  • By ilhame
  • 21 Mart 2024 20:39

Ukraynada baş verənləri 2008-ci ildə Fransa və Almaniyanın keçmiş liderləri Nikolya Sarkozi və Angela Merkel proqnozlaşdırmışdılar, vəziyyət adamı təəccübləndirir ki, Kiyev neytral qalıb NATO-ya daxil olmaq fikrindən əl çəkməli idimi?

Gununsesi.info xəbər verir ki, bunu LCI telekanalında jurnalist və Le Figaro jurnalının baş redaktoru Qiyom Rokett deyib.

“Hələ 2008-ci ildə ABŞ prezidenti Corc Buş Ukraynanın NATO-ya üzv olmasının tərəfdarı idi, ona Nikola Sarkozi və Angela Merkel cavab verdilər ki, bu, ağılsızlıqdır və Rusiya tərəfindən təxribat kimi qiymətləndiriləcək”.

Əvvəllər Sarkozi dəfələrlə bəyan edib ki, Ukrayna neytral ölkə olaraq qalmalı, Avropa ilə Rusiya arasında körpü olmağa çalışmalıdır.

Gununsesi.info